HÜSEYN İBN ƏLİ

(4/626 – 61/680) – Əli ibn Əbu Talib və Fatimənin oğlu olmuşdur. Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyanın (60/680) ölümünə qədər Hüseyn Xilafətin siyasi və ictimai həyatında fəaliyyət göstərmişdir. Müaviyənin oğlu Yəzidi xəlifəliyə varis elan etməsi Xilafətin mahiyyətini dəyişdirmişdir. Çünki, Raşidi xəlifələrin hakimiyyətindən fərqli olaraq ölkə bir sülalə tərəfindən idarə olunan imperatorluğa çevrilmişdir. Bu hadisə cəmiyyətdə, xüsusən də müsəlmanların arasında birmənalı qarşılanmamışdır. Mədinədə peyğəmbərin bir neçə nüfuzlu səhabələri və ailə üzvləri Yəzidin xəlifə olmasına qarşı çıxış etmişdilər. Onların arasında Hüseyn ibn Əli də olmuşdur. Bu zaman Kufə şəhərində, xəlifə Yəzidə qarşı üsyan başlamışdır. Üsyançılar onların hərəkatına başçılıq etmək üçün Hüseyni şəhərlərinə dəvət etmişdirlər. O da bu çağırışa səs vermiş, ailəsi və yaxınları ilə birlikdə Küfəyə doğru yola düşmüşdür. Yolda olarkən Hüseyn şəhərdəki durumu öyrənmək üçün təmsilçisi olan Müslim ibn Aqili oraya göndərmişdir. Küfəyə gəlmiş Müslim Hüseyn ibn Əliyə ona beyət etmək istəyində olan 18 minə yaxın adamın hazır olduğu xəbərini göndərmişdir. Ancaq az sonra xəlifə Yəzid Kufə şəhərinin valisini dəyişdirərək vəzifəyə amansızlığı ilə seçilmiş Übeydullah ibn Ziyadı təyin etmişdir. Kufəyə gəlmiş Übeydullah Əməvi hakimiyyətinə qarşı çıxış edən hər bir insanı ölümlə hədələmişdir. Bununla yanaşı o, incə siyasət apararaq şəhər sakinlərinin çoxusunu özünə tərəf çəkə bilmişdir. Bunun sonunda da hakimiyyətə qarşı çıxışlar yatırılmışdır. Yalnız Müslim ibn Aqil ilə olan azsaylı dəstə üsyanı davam etdirmişdir. Ancaq onlar darmadağın edilmiş, Müslim isə öldürülmüşdür. Müslim ibn Aqil ölümündən az əvvəl Hüseynə bir məktub göndərmişdir. Orada ona şəhərə gəlməsini məsləhət görməmişdir. Buna baxmayaraq Hüseyn Küfəyə doğru irəliləmişdir. Onun kiçik dəstəsi Kərbəla adlı bir yerə çatdıqda orada Xilafət ordusu ilə üzləşdir. Bu ordunun çoxu Hüseyni öz şəhərlərinə dəvət etmiş kufəlilərdən ibarət idi. Öncə tərəflər arasında danışıqlar aparılmışdır. Hüseyn özünün və tərəfdarlarının sərbəst buraxılmalarını istəyirdi. Ancaq qarşı tərəf Hüseynin qarşısına ağır tələblər qoymuşdur. Bundan sonra xilafət ordusu Hüseynin azsaylı dəstəsinə qarşı hücum edərək onları məğlub etdilər. Hüseyn bu döyüşdə öldürüldü. Onun kəsilən başı Übeydullah ibn Ziyada, sonra isə xəlifə Yəzidə Dəməşqə göndərildi. Hüseynlə birlikdə 72 şəxs də öldürülmüşdür. Bunlardan 23-ü onun yaxın qohumları idi. Məhəmməd peyğəmbərin nəvəsi olmuş Hüseynin öldürülməsi, Xilafətdə durumu daha da gərginləşdirdi. Bundan sonra Abdullah ibn Zübeyrin başçılığı altında Məkkədə yeni üsyanlar başladı. Üsyançılar Raşidi xəlifələr dövründə olan hakimiyyətin bərpa edilməsini, ölkənin krallığa çevrilməsinin qarşısının alınmasını tələb edirdilər. Bütün bu hadisələrin sonunda Yəzidin hakimiyyətinə son qoyuldu. Abdullah ibn Zübeyr bir müddət xəlifə də oldu. Ancaq, onun 64/684 – 73/692-ci illər arasındakı qısa müddətli hakimiyyətindən sonra Əməvilər yenidən gücləndilər. Hüseyn ibn Əlinin şəhid edilməsi sonrakı siyasi hadisələrə də təsir etmiş, peyğəmbər ailəsinin tərəfdarlarını birləşdirmişdir. Sonralar Xilafətdəki hakimiyyətə qarşı qaldırılan bir çox üsyanlar Hüseynin qisasını almaq çağırışları ilə aparılırdı. Şiələr Hüseyn ibn Əlini özlərinin üçüncü günahsız imamı kimi tanıyırlar. Onlar Hüseynin Kərbəlada yerləşən məzarını günümüzdə də ziyarət etməkdədirlər.
HÜDEYBİYYƏ
HÜZEYFƏ İBN YƏMƏN
OBASTAN VİKİ
Hüseyn ibn Əli
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Əli ibn Hüseyn
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
Hüseyn ibn Əli (dəqiqləşdirmə)
Hüseyn ibn Əli — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə.
Hüseyn ibn Əli əl-Haşimi
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı == Həyatı == Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Əli ibn Hüseyn əl-Haşimi
Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي‎; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı. Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi. Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi. 1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.
Tahir ibn Hüseyn
Tahir ibn Hüseyn (?-822)—Tahirilər sülaləsindən sərkərdə, Xorasan canişini. Tahir ibn Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu. Tahir ibn Hüseyn xəlifə sarayında türklərə qarşı müxalifətdə idi. Çox çalışırdı ki, sərkərdələr əsasən farslardan olsun. Başqa bir iri torpaq sahibi Tahirilər ailəsindən olan, Əminlə, ixtilaf zamanı Məmunun tərəfini saxlayıb, hakimiyyətə gəlməsinə böyük kömək göstərən Tahir ibn Hüseyn 821-ci ildə Xorasanın canişini təyin edildi. Bəzi mülahizələrə görə Tahiri türklərin təpkisi-təsiri ilə göndərmişdilər. Tahir Xorasanın idarə olunmasında müstəqil hərəkət etməyə başladı.
Əliəkbər ibn Hüseyn
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
İmran ibn Hüseyn
İmran ibn Hüseyn (ərəb. عمران بن حُسَيْن‎; Məkkə – 673 və ya 672) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri və məşhur Quran qarisi, qazi (hakim) və hədis ravisi. İmran ibn Hüseyn və atası Hüseyn ibn Ubeyd, Xeybər döyüşündən sonra hicrətin yeddinci ilində İslamı qəbul etmişlər. O, peyğəmbərin başçılığı altında bir sıra döyüşlərdə iştirak etmiş və Məkkənin fəthi zamanı öz qəbiləsinin, Bənu Xuza tayfasının bayrağını tutmuşdur. Ömər ibn Xəttabın xilafəti dövründə İmran, hakim olaraq sədrlik etmək və sakinlərinə İslam fiqhini öyrətmək və Bəsrədən uzaqda ikən vali Əbu Musa Əşərinin köməkçisi olaraq idarə etmək üçün Bəsrəyə göndərilir. Həsən əl-Bəsri və İbn Sirin onun haqqında dediklərindən: "Bəsrəyə daxil olan Rəsulullahın səhabələrindən heç biri İmran ibn Hüseyndən üstün sayıla bilməz". İmam Əli ibn Əbu Taliblə I Müaviyə arasında ixtilafın və vətəndaş müharibəsinin (656–661) baş verdiyi Birinci Fitnə (hərfi mənada "sınaq") dövründə İmran nəinki neytral mövqe tutmuş, insanları zorakılıqdan çəkinməyə çağırmışdır. İmranın belə dediyi qeyd edilir: "Hər bir tərəfdə doğru və ya haqsız olan hər kəsə ox atmaqdansa, ölənə qədər dağın başında çoban olmağı üstün tuturam". İmran hər hansı bir müsəlmanla rastlaşsa, onlara nəsihət edərdi: "Məscidinizdə saxlayın. Əgər zorla sındırılıbsa, evdə qalın.
Hüseyn Əli Hüseynov
Hüseyn Əli Gülbala oğlu Hüseynov (2 sentyabr 1930, Bakı, Azərbaycan SSR – 23 dekabr 1987, Bakı, Azərbaycan SSR) — Azərbaycan və Leninqrad rəssamlıq məktəbinin nümayəndələrindən biridir. == Həyatı == Hüseyn Hüseynov 2 sentyabr 1930-cu ildə Bakının Buzovna kəndində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, sonra isə V. İ. Muxina adina Leninqrad Dövlət Rəssamlıq-sənayə məktəbini bitirib. Azərbaycan SSRnın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. "Şuşa motivləri" mənzərələr silsiləsi hələ tələbə olduğu zamandan tanınmağa başlanıb. H. Hüseynovun əsərləri ilk dəfə 1954-cü ildə Respublika rəssamlıq sərgisində nümayiş olunub. Azərbaycan Dövlət Sirkinin bədii tərtibat kompleksinə daxil olan "Atlar" (1966), Aeroport mehmanxanasında "Kosmos" (1969), M. Əzizbəyov adına doğum evində "Analıq" (1976), Bakı Dəniz limanında "Tərəqqi" mozaikaları, həmçinin Azərbaycan və Moskva mehmanxanalarının interyerlərini bəzəyən orijinal süjetli vitrajlar rəssamın yaradıcılıq nailiyyətləridir. Eləcə də "Poladəridənlər" (1961), "Tələbə qız" (1963), Azərbaycan qızı, Poladəridən (1964) "Rüstəm" (1965), "Sara" (1968), "Gənclik" (1970), "And (1972), "Yeni həyata doğru" (1977) əsərləri müəllifə şöhrət qazandırıb. Azərbaycanda ilk Azərbaycan dilində rəssamlıq dərsliklərinin müəllifi, Azərbaycan Dövlət Pedagojı Universitetin Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdri olub. Əsərləri R. Mustafayev ad.
Mirzə Hüseyn Əli
Bəhaullah və ya əsl adı ilə Mirzə Hüseyn Əli Nuri (12 noyabr 1817[…] – 29 may 1892, Akka, Beyrut vilayəti, Osmanlı imperiyası) — hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində (بهاء الله,) "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, Buddizm və Zərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıq və İslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir. Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var. Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin". Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı. Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu. Bəhaullahın əsl adı Mirzə Hüseyn Əlidir. O, 1817-ci il noyabrın 12-də (hicri 1233, məhərrəm ayının 2-si) Tehranın adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdır.
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
Həsən ibn Əli
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Möhsün ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Ömər ibn Əli
Ömər ibn Əli (ərəb. عُمَر بن عَلیّ‎) — Ömər əl-Ətrəf kimi də tanınan, qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və Əl-Səhbə binti Rəbiənin oğludur. Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər, onun ləqəbi Əbu əl-Qasim və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir. Bəziləri onun adını Layla binti Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir. Rəvayət olunur ki, Ömər Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Sünni fəqih Axtab Xorəzm qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib.
Əli ibn Heysam
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli ibn Heysəm
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli ibn Yusif
Əli ibn Yusif ibn Taşfin (1084–1143) — Əlmürabilər sülaləsinin əmiri. 1084-cü ildə Səbtədə (Cəuta) doğuldu. Əlmürabilər dövlətinin qurucusu Yusif ibn Taşfinin beş oğlundan biridir. Anası xristian bir cariyədir. Atası tərəfindən vəliəhd təyin edildi. Parlaq zəkasıyla diqqətləri üzərinə çəkdi və on səkkiz yaşında ikən Divan-ı Məzalimə nəzarət etməklə vəzifələndirildi. Atasının ölümü üzərinə qardaşı Əbu Tahir Təmim ilə Lemtunə və digər Sanhacə qəbilələrindən biat alaraq "əmirül-müslimin" ünvanıyla Mərakeşdə taxta çıxdı (1106). Ölkənin hər tərəfinə xəbər göndərib biət istədi. Qardaşıoğlu Yəhya ibn Əbu Bəkrin vali olduğu Fas şəhəri xariç bütün şəhərlər itaat ərz etdilər. Əli dərhal onun üzərinə yürüdü və 7 dekabr 1106-cı il tarixində Fasa girərək onu biətə məcbur etdi.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir. Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲".
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].
Əli ibn Yusif ibn Ömər
Əli ibn Yusif ibn Ömər (ərəb. علي بن يوسف بن عمر‎ )— təqribən 915–925-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq beşinci əmir Yusifin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Yusifdən sonra hakimiyyətə gəldiyi, təxminən 915-ci ildən 925-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta əmisi Əhməd ibn Ömər çıxmışdır. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).